Elon Mask: Qocalma artıq problem olmayacaq
Amerikalı sahibkar Elon Mask insanın qocalma prosesinin əsas səbəbləri aşkar edildikdən sonra bunun problem olmayacağına əmin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Mask bu açıqlamanı Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı verib.
O, qocalmanın bioloji prosesinin açıq-aydın olduğunu və bədənin bütün hüceyrələrinin demək olar ki, eyni sürətlə qocaldığını qeyd edib.
Mask həmçinin heç vaxt qoca sol əli və cavan sağ əli olan bir insan görmədiyini vurğulayıb və qocalmanın spesifik bioloji mexanizminin gələcəkdə idarə oluna biləcəyini bildirib.
21:15 22.01.2026
Oxunuş sayı: 1412