Zaxarova xəbərdarlıq etdi: İrana səfərlər təxirə salınsın
Rusiya Xarici İşlər Nazirliyi rusiyalılara İrana səfərlərini təxirə salmağı tövsiyə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, vətəndaşlar yalnız İranda vəziyyət tam normallaşdıqdan sonra səfər etməlidirlər.
Eyni zamanda ehtiyat tədbirləri görmək lazımdır.
Hərbi və dövlət obyektlərinin çəkilişindən çəkinmək və yerli hüquq-mühafizə orqanlarının təlimatlarına əməl etmək tövsiyə olunur.
İranın dekabr 2025-dən davam edən kütləvi etirazları əvvəlcə iqtisadi, sonra isə siyasi xarakter alıb.
Etirazlar zamanı təxminən 3000 nəfər saxlanılıb, İran Ali Milli Təhlükəsizlik Şurası isə hadisələrdə ABŞ və İsraili günahlandırıb.
20:47 22.01.2026
Oxunuş sayı: 1173