Suriya Ordusundan sərt açıqlama: Terrorçular son günlərini yaşayır
PKK/SDF terrorçuları bölgədə qorxutma kampaniyası aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Ordusu açıqlama verib.
Ordunun açıqlamasında qeyd olunur ki, terrorçular yalan və həqiqətdən uzaq videolar yayaraq suriyalı kürd əhalini hədələməyə çalışırlar.
Suriya Ordusu bildirib ki, PKK/SDF bölgədəki dağıdıcı və ekspansionist ambisiyalarının son günlərini yaşayır və ordu ilə kürd xalqı arasında nifaq salmağa çalışır.
19:45 22.01.2026
Oxunuş sayı: 1599