Tramp və Zelenskinin görüşü "yaxşı" keçib
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Davosda aparılan danışıqların sonunda qısa təkbətək görüş keçiriblər.
Crossmedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, görüşdən sonra tərəflər arasında birgə mətbuat konfransı planlaşdırılmır.
Ukrayna prezidentinin müşaviri Dmitri Litvin danışıqları şərh edərək görüşün “yaxşı keçdiyini” bildirib.
Bundan əlavə, Tramp Davosda Zelenski ilə keçirdiyi “yaxşı” görüşdən sonra müharibənin bitməli olduğunu vurğulayıb. ABŞ prezidentinin bu açıqlaması sülh perspektivləri ilə bağlı beynəlxalq müzakirələri daha da gücləndirib.
Qeyd olunur ki, Tramp–Zelenski təmasları Davos çərçivəsində beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub və tərəflərin mövqeləri diqqətlə izlənilir.
17:39 22.01.2026
Oxunuş sayı: 1513