Davosda Tramp və Zelenski arasında görüş yekunlaşıb - YENİLƏNİB
Davosda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski görüşü yekunlaşıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, liderlərin görüşü bir saatdan az davam edib.
16:36
Davosda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, görüşün başladığını Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov təsdiqləyib.
Görüşün Dünya İqtisadi Forumu çərçivəsində keçirildiyi qeyd olunur. Tərəflərin Ukraynadakı müharibə, təhlükəsizlik məsələləri və mümkün sülh perspektivləri ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Görüşün nəticələri ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilir.
17:27 22.01.2026
Oxunuş sayı: 1528