Trampın Qrenlandiya açıqlaması Avropadakı panikanı yatırdı
Donald Trampın dünən Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq etməyəcəyi və tarifləri artırmayacağı barədə verdiyi açıqlamalar Avropadakı müttəfiqlərlə həftələrlə davam edən gərginliyə son qoymaq məqsədi daşıyıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Trampın bəzi yüksək vəzifəli müşavirləri prezidentin sərt tələbləri ilə müttəfiqlər arasında yaranmış narahatlıq və panikanı sakitləşdirmək zərurəti arasındakı balansın tapılmasında israr ediblər. Məqsəd Vaşinqtonun mövqeyini yumşaltmadan, eyni zamanda Avropalı tərəfdaşlarla münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq olub.
Reuters qeyd edir ki, Tramp administrasiyasının bu yanaşması ABŞ–Avropa münasibətlərində gərginliyin azaldılması və diplomatik kanalların yenidən aktiv saxlanılması baxımından mühüm addım kimi qiymətləndirilir.
14:44 22.01.2026
Oxunuş sayı: 1426