Trampdan Qrenlandiya əhalisinə 1 milyon dollarlıq TƏKLİF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı mümkün ssenarini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əgər Qrenlandiya əhalisi adanın ABŞ-yə birləşdirilməsinə səs verərsə, hər bir Qrenlandiya sakininə 1 milyon dollar ödənilməsi təklif oluna bilər. Qeyd olunur ki, bu, təxminən 57 min nəfəri əhatə edir və ümumilikdə ABŞ büdcəsinə 57 milyard dollara başa gələ bilər.
Nəşrin iddiasına görə, bu ideya Vaşinqton tərəfindən regionda ABŞ-nin hərbi mövcudluğunu gücləndirmək üçün alternativ və qeyri-ənənəvi bir yol kimi dəyərləndirilir. Qrenlandiyanın Arktika regionundakı strateji mövqeyi, eləcə də hərbi və geosiyasi əhəmiyyəti bu planın əsas motivlərindən biri kimi göstərilir.
Qeyd edək ki, məsələ ilə bağlı ABŞ və Danimarka rəsmilərindən hələlik rəsmi təsdiq və ya açıqlama verilməyib. Danışıqların real plan mərhələsinə keçib-keçmədiyi isə məlum deyil.
14:03 22.01.2026
Oxunuş sayı: 940