Erməni müxalifət siyaəstçisi Türkiyə ilə əlaqələr barədə danışıb
Bu, Türkiyənin təhdid kimi təqdim olunmadığı sərbəst üslubda yazılmış bir mətndir.
Crossmedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri müxalifət deputatı Geqam Manukyan bildirib.
"Mətnin özündə Türkiyənin adı cəmi 3 dəfə çəkilir və o da yalnız kommunikasiyaların blokdan çıxarılması kontekstində olub. Ermənistana yönələn təhdidlər müzakirə olunarkən, Rusiya Xarici Kəşfiyyat xidməti heç bir yerdə Türkiyə tərəfindən təhdidlərin olub-olmamasını nəzərdən keçirmir. Bunun əvəzinə, təhdid kimi mənəvi-mədəni xadimlər göstərilir. Sözügedən qurumdan daha əvvəl bildirilib ki, TRIPP layihəsinin və Qars-Gümrü dəmir yolunun işə salınması bazarların şaxələndirilməsini təmin edəcək, bu da Türkiyə və Azərbaycanla sərhədyanı ərazilərin inkişafı üçün yeni imkanlar açacaq", - siyasətçi söyləyib.
Turqut Ansari
13:55 22.01.2026
Oxunuş sayı: 1042