Qızıl UCUZLAŞIB
Dünya əmtəə bazarlarında qiymət dəyişiklikləri qeydə alınıb.
Crossmedia.az-ın məlumatına görə, COMEX birjasında aparılan ticarət nəticələrinə görə, qızılın qiyməti azalaraq gümüş bahalaşıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,2 dollar ucuzlaşaraq 4 818,3 dollar təşkil edib.
Eyni zamanda gümüşün qiymətində artım müşahidə olunub. Belə ki, gümüşün bir unsiyası 1,02 dollar bahalaşaraq 93,66 dollar səviyyəsinə yüksəlib.
Analitiklərin fikrincə, qiymət dəyişiklikləri qlobal bazarlarda valyuta dalğalanmaları və investorların risk iştahı ilə bağlıdır. Qiymətli metallar bazarındakı tendensiyalar diqqətlə izlənilir.
13:35 22.01.2026
Oxunuş sayı: 999