Peskov Rusiya ilə bağlı mühüm açıqlamalar verib
Kremlin sözçüsü Dimitri Peskov mətbuata bəyanatla çıxış edib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, o, çıxışında Qəzza məsələsi ilə bağlı danışaraq "Sülh Şurası" və Fələstinlə əməkdaşlıqla bağlı digər məsələlərin Rusiya prezidenti Vladimir Putinlə fələstinli həmkarı Mahmud Abbasın müzakirə gündəmində olacağını bildirib. Peskov həmçinin Rusiya dövlət başçısının Qrenlandiya mövzusunda ABŞ prezidenti Donald Trampla görüşün nəzərdə tutulmadığını da qeyd edib. Kremlin sözçüsü xatırladıb ki, Ukraynanın yeni müdafiə naziri Mixayıl Fedorov rəsmi Kiyevin məqsədinin ayda 50 min rusiyalını öldürmək olduğunu deyib.
Peskov media nümayəndələri ilə görüşü zamanı xarici ölkələrdə Rusiyanın aktivlərinin dondurulmasının qanunsuz olduğunu və bu ölkənin öz hüquqlarını qorumaqdan çəkinməyəcəyini, həmçinin Putinin Tramp və onun komandasının Ukrayna üzrə sülhyaratma səylərini yüksək qiymətləndirdiyini qeyd etsə də, ABŞ-nin xüsusi nümayəndəsi Uittkoffun Moskva səfəri ərəfəsində Ukrayna üzrə danışıqların mərhələsini şərh etməyib. Kremlin sözçüsü Rusiya dövlət başçısı və Abbasın danışıqlarının işgüzar səhər yeməyi fonunda davam edəcəyini, Putinin Rusiyada elektron sənaye məsələlərinə həsr olunmuş mühüm müşavirə keçirəcəyini də qeyd edib.
Turqut Ansari
13:16 22.01.2026
Oxunuş sayı: 1137