Moldovalı kəşfiyyatçı saxlanılıb
Rusiyanın təhlükəsizliyinə xələl gətirə biləcək missiyanı yerinə yetirmək məqsədilə Moskvaya gələn Moldova kəşfiyyatçısı həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) TASS-a məlumat verib.
FSB-nin açıqlamasında bildirilib ki, saxlanılan şəxs Rusiya ərazisində kəşfiyyat xarakterli fəaliyyət həyata keçirməyi planlaşdırıb. Onun konkret tapşırıqları və əlaqələri ilə bağlı detallar açıqlanmır.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Rəsmi qurumlar Rusiyanın milli təhlükəsizliyinə yönəlmiş istənilən təhdidlərin qətiyyətlə qarşısının alınacağını vurğulayıblar. Moldova tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.
11:43 22.01.2026
Oxunuş sayı: 1093