ABŞ Prezidenti Donald Tramp onu diktator adlandıran tənqidçilərə cavab verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp çıxışı zamanı bu ifadəni işlədərək deyib:
“Mən diktatoram… Bəzən sizə diktator lazım olur.”
Amerika liderinin bu açıqlaması ictimaiyyətdə və siyasi dairələrdə geniş rezonans doğurub. Onun sözləri bəziləri tərəfindən ironik və ya populist çıxış kimi qiymətləndirilsə də, digərləri bunu ABŞ-də siyasi ritorikanın daha da sərtləşməsinin göstəricisi hesab edir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də sərt və mübahisəli açıqlamaları ilə tez-tez gündəmə gəlib və bu cür bəyanatlar ölkə daxilində və beynəlxalq arenada müzakirələrə səbəb olub.