Narkokartellərə qarşı kritik əməliyyat: ABŞ-ə 30-dan çox Meksika şübhəlisi köçürüldü
ABŞ şübhəlilərin ölüm cəzası ilə üzləşməyəcəyinə dair söz verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Meksikanın Təhlükəsizlik Naziri Omar Qarsiya Harfuç bildirib.
Meksika ABŞ-a daha 37 nəfər Meksika cinayət təşkilatlarının ehtimal olunan üzvlərini təhvil verib.
Ölkənin təhlükəsizlik naziri bunu ABŞ Prezidenti Donald Trampın regionda narkokartellərə qarşı quru hücumları ilə bağlı təhdidləri fonunda açıqlayıb.
Çərşənbə axşamı günü həyata keçirilən bu təhvil-təslim prosesi son bir il ərzində Amerika Birləşmiş Ştatlarına edilən üçüncü böyük transferdir və bununla da köçürülən şübhəlilərin ümumi sayını 92-yə çatıb.
22:17 21.01.2026
Oxunuş sayı: 966