Özbək vətəndaşları ABŞ-dən vətənlərinə geri qaytarıldı
ABŞ-dən deportasiya edilən Özbəkistan vətəndaşlarını daşıyan çarter reysi Daşkəndə çatıb.
Crossmedia.az xəbər verir ki, ümumilikdə 44 nəfər vətənə qaytarılıb.
Təyyarə Meksika sərhədindən yola çıxıb və yol boyu bir neçə dəfə dayansa da, ümumi səyahət müddəti 24 saatdan çox olub.
Özbəkistan Xarici İşlər Nazirliyi bildirib ki, vətəndaşların “təhlükəsiz və vaxtında çatdırılması” üçün uçuş ABŞ-nin müvafiq qurumları ilə birgə təşkil olunub və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyi vurğulanıb.
ABŞ səfirliyi Özbəkistanın qanunsuz miqrasiyanın qarşısının alınması və sərhəd təhlükəsizliyinin gücləndirilməsində ABŞ-nin səylərinə dəstəyini yüksək qiymətləndirib.
22:00 21.01.2026
Oxunuş sayı: 1005