14 ildən onra: Suriyada neft hasilatı yenidən gündə 250.000 barelə çata bilər?
Suriyada həm ağır, həm də yüngül neft yataqları mövcuddur, lakin hasilat sahəsində ciddi çətinliklər var.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriyanın məşhur neft və qaz iqtisadçısı Samir Sefianın məlumat yayıb.
Ağır neft yataqları: Rimeylan, Karaçok, Suveydiyyə və Cəbsə yataqları yüksək kükürd tərkibli neftlə zəngindir və yüngül neftdən təxminən 10% ucuz qiymətə satılır.
Yüngül neft yataqları: Deyr əz-Zor bölgəsində yerləşən Əl-Ömər, Əl-Vard, Əl-Tənax, Əl-Təbiya və Əl-Taym yataqları Shell və Total kimi şirkətlərlə Hasilat Paylaşımı müqavilələri çərçivəsində istismar olunub.
Hasilat çətinlikləri: Yataqların 14 ildir baxımsız qalması səbəbindən gündəlik hasilatın 250.000 barelə çatdırılması çətin görünür və bunun üçün böyük xarici investisiya tələb olunur.
Dəniz resursları: Aralıq dənizində Suriyanın eksklüziv iqtisadi zonasındakı təbii qaz potensialı hələ qeyri-müəyyəndir. Dənizdə kəşfiyyat quyusunun qazılması təxminən 150 milyon dollara başa gəlir, quruda isə cəmi 20–25 milyon dollara.
Sefian qeyd edir ki, bu yataqların Suriyanın nəzarətinə verilməsi strateji əhəmiyyət daşıyır, lakin büdcəyə əhəmiyyətli təsir göstərməyəcək.
21:43 21.01.2026
Oxunuş sayı: 844