İran həyəcan siqnalı: XİN başçısı “atəşli cavab” ilə hədələyir
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və Qərb ölkələrini hədəf alan sərt açıqlama verib.
Crossmedia.az “The Wall Street Journal”-a istinadən xəbər verir.
Əraqçı bildirib ki, ölkəyə qarşı təkrar hücum olarsa, İran sahib olduğu bütün imkanlarla cavab verəcək.
Əraqçı etiraz aksiyalarını terrorçuluq kimi təqdim edib.
Daxili səbəbləri arxa plana keçirərək Qərb ölkələrini, xüsusilə ABŞ-ni günahlandırıb. O həm diplomat, həm də keçmiş hərbi veteran kimi çıxış edərək, ölkədəki böhranın daxili və xarici terrorçuların fəaliyyəti nəticəsində yaranmasını əsas gətirib.
Qeyd olunub ki, hakimiyyət beynəlxalq interneti kəsərək etiraz aksiyalarının xaricə yayılmasının qarşısını alıb və bu tədbirlər İranın mümkün cavab ssenarilərində mühüm rol oynayır.
19:55 21.01.2026
Oxunuş sayı: 1280