Ermənistan XİN rəhbəri: Türkiyənin açıqlamaları sabitliyə töhfə verir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müxalifətin Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı iddialarını rədd edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mirzoyan bildirib ki, Fidanın açıqlamaları Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesini dəstəkləyən addımdır və iki ölkə arasında dialoqun güclənməsinə xidmət edir.
Nazir həmçinin qeyd edib ki, bu cür təşəbbüslər regional stabilliyin möhkəmlənməsi üçün vacibdir.
19:30 21.01.2026
Oxunuş sayı: 879