Azərbaycan da getdi, Gürcüstan tək qaldı - Saakaşvili
“ABŞ Prezidenti Donald Tramp yaxın qonşularımızı Sülh Şurasına dəvət etsə də, Vaşinqtonda Gürcüstanı yada salan yoxdur”.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.
Eks-prezident Azərbaycan və Ermənistanın da Sülh Şurasına dəvət edilməsinə və bunun hər iki ölkə tərəfindən qəbul olunmasına da diqqət çəkib.
“Tramp bütün ölkələri, ABŞ ilə hansısa şəkildə əlaqəsi olanları yeni Sülh Şurasına üzv olmağa dəvət edib. Siyahıda Macarıstan, Belarus və Rusiya, eləcə də bizim digər qonşularımız (Azərbaycan və Ermənistan) var. Hökumətin isterik sülh ritorikasına baxmayaraq, Gürcüstan burada tək qoyulub, dəvət almayıb.
İndi mənə deyin: əgər 2012-ci ildən sonra mənim kursum davam etsəydi, bu yeni şuraya dəvət alardıqmı?”, - Saakaşvili vurğulayıb.
Keçmiş prezident baş verənlərə görə Gürcüstanın hazırkı hökumətini ittiham edib.
18:36 21.01.2026
Oxunuş sayı: 1149