ABŞ soyuq cavab verdi: İranla siyasi danışıqlar dayandırılıb
Hazırda Amerika və İran arasında heç bir rəsmi danışıqlar prosesi aparılmır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof açıqlayıb
Uitkof bildirib ki, ABŞ tərəfi əvvəllər İran rəsmiləri ilə müəyyən əlaqələr saxlayıb.
Ancaq bu danışıqların davam etdiyi və ya aktiv diplomatik prosesin mövcud olduğu anlamına gəlmir. Hazırkı mərhələdə belə bir dialoq yoxdur.
Onun açıqlaması ötən həftə yayılan məlumatlarla da üst-üstə düşür.
Həmin vaxt İslam Respublikası rəsmiləri bildiriblər ki, İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Stiv Uitkof arasında əlaqə kəsilib.
18:15 21.01.2026
Oxunuş sayı: 1013