Məktəblərdə yeni fənn: PUA-ların texnologiyası və idarə olunması
Rusiyada məktəblilər “Vətənin müdafiəsinin əsasları” fənni çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) yığılması və idarə olunması üzrə təlim keçəcəklər. Müvafiq dərslərin ümumtəhsil proqramına mərhələli şəkildə daxil edilməsi planlaşdırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, yeni tədris modulları şagirdlərə PUA-ların texniki quruluşu, əsas uçuş prinsipləri və ilkin idarəetmə bacarıqlarını öyrətməyi nəzərdə tutur. Dərslərdə həm nəzəri biliklər, həm də praktik məşğələlər keçiriləcək.
Rəsmi qurumlar bildirirlər ki, bu addım gənclərdə texniki bacarıqların inkişafına, eləcə də müasir texnologiyalar sahəsində biliklərin artırılmasına xidmət edir. Qeyd olunur ki, proqram “vətənpərvərlik tərbiyəsi” və mülki müdafiə anlayışlarının möhkəmləndirilməsi məqsədi daşıyır.
Yeni tədris təşəbbüsü cəmiyyətdə müxtəlif reaksiyalar doğurub. Bəzi ekspertlər bunu texnoloji savadlılığın artırılması kimi dəyərləndirsə də, digərləri məktəblərdə hərbi yönümlü biliklərin genişləndirilməsinin risklər doğura biləcəyini bildirir.
Sevinc Yarməmmədova
15:36 21.01.2026
Oxunuş sayı: 917