Türkiyə Dəməşq aeroportunda fəaliyyətini genişləndirir
Dəməşq Beynəlxalq Hava Limanında Türkiyə istehsalı olan HTRS-100 hava hərəkətinin idarə olunması üçün radiolokasiya sistemi istismara verilib. Kompleks ASELSAN şirkəti tərəfindən hazırlanıb və uçuşların təhlükəsizliyinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.
Crossmedia.az bu barədə Türkiyənin Yeni Şafak qəzeti nə istinadən xəbər verir. Yeni sistem hava hədəflərinin müşayiəti və maneələrin aradan qaldırılması üçün müasir alqoritmlərlə təchiz olunub ki, bu da mürəkkəb meteoroloji şəraitdə belə obyektlərin dəqiq aşkarlanmasına imkan verir.
Paylanmış aktiv ehtiyat (rezerv) arxitekturası sayəsində HTRS-100 fasiləsiz və nasazlıqsız işləməni təmin edir, bu da hava limanında hava hərəkətinin təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.
Sevinc Yarməmmədova
15:20 21.01.2026
Oxunuş sayı: 1072