Qızılın bahalaşması bu ölkəyə 216 milyard dollar qazandırıb
Qızılın dünya bazarlarında qiymətinin kəskin artması Rusiyaya böyük maliyyə gəliri gətirib.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Rusiya bu proses nəticəsində təxminən 216 milyard dollar qazanıb.
Agentliyin yazdığına görə, əldə olunan bu mənfəət Rusiyanın Qərb ölkələrindəki aktivlərinin dondurulması səbəbindən üzləşdiyi maliyyə itkilərini demək olar ki, tam şəkildə kompensasiya edir.
Bloomberg qeyd edir ki, qızıl ehtiyatlarının həcmi və qiymət artımı Moskva üçün strateji üstünlük yaradıb. Qızılın dəyərinin yüksəlməsi fonunda Rusiya beynəlxalq sanksiyaların maliyyə təsirini azaltmaq imkanı əldə edib.
Analitiklərin fikrincə, mövcud tendensiya davam edərsə, qızıl Rusiya üçün enerji ixracından sonra ən mühüm maliyyə dayaq sütunlarından birinə çevrilə bilər.
14:39 21.01.2026
Oxunuş sayı: 1196