Zelenski: Kiyevin təxminən 60 faizi işıqsız qalıb
Kiyevin təxminən 60 faizi işıqsız qalıb, 4 minə yaxın evdə istilik yoxdur
Crossmedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib.
"Bu gün səhər saatlarına olan məlumata görə, Kiyev şəhərinin demək olar ki, 60 faizi elektrik enerjisizdir. Paytaxtda eyni zamanda təxminən 4 min yaşayış evi hələ də istiliklə təmin olunmur", -o bildirib.
16:28 21.01.2026
Oxunuş sayı: 1088