Rusiya qazının əvəzlənməsi Aİ-ni ABŞ-dən asılı vəziyyətə salıb
Avropa İttifaqı Rusiya qazının tədarükünü ABŞ mənşəli alternativlərlə əvəz etdikdən sonra ciddi enerji asılılığı ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, hazırda Avropa İttifaqı enerji istehsalı, nəqliyyat, avtomobil sənayesi və istilik təminatı üçün həyati əhəmiyyət daşıyan təbii qazın tədarükündə faktiki olaraq ABŞ-dən asılı vəziyyətə düşüb.
Nəşr qeyd edir ki, Rusiya qazından imtina Aİ üçün strateji baxımdan mühüm addım sayılsa da, bunun əvəzində formalaşan yeni enerji modeli Brüsselin manevr imkanlarını məhdudlaşdırıb və iqtisadi riskləri artırıb.
Analitiklərin fikrincə, enerji qiymətlərində qeyri-sabitlik, sənaye xərclərinin artması və uzunmüddətli müqavilələrdən asılılıq Aİ üçün yeni çağırışlar yaradır. Politico yazır ki, mövcud vəziyyət Avropanı enerji təhlükəsizliyi strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.
13:52 21.01.2026
Oxunuş sayı: 1682