Trampdan İrana sərt mesaj: Bütün ölkə hədəf olacaq
Bütün ölkə hədəf olacaq.
Crossmedia.az xəbər verir ki, ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, İslam Respublikası ona qarşı hər hansı sui-qəsd və ya real təhlükə yaratmağa cəhd edərsə, ABŞ-nin cavabı son dərəcə sərt olacaq. Tramp bu açıqlamanı ikinci prezidentlik müddətinin ildönümü münasibətilə “News Nation” telekanalının “Katie Pavlich Tonight” proqramına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, belə bir halda İranın bütün ölkə olaraq hədəf alınması üçün artıq “çox güclü əmrlər” verilib.
“Əgər ən kiçik bir hadisə belə baş verərsə, onların ölkəsi partlayacaq. Heç vaxt indiki qədər sərt reaksiya verilməyib. Mən bunun üçün artıq çox güclü göstərişlər vermişəm”, – deyə, Tramp bildirib.
ABŞ prezidenti həmçinin çıxışında keçmiş prezident Co Baydeni də tənqid edib. Trampın sözlərinə görə, Bayden administrasiyası İranın təhdidlərinə qarşı kifayət qədər qətiyyət nümayiş etdirməyib.
13:13 21.01.2026
Oxunuş sayı: 1231