Avropa Qrenlandiya məsələsində ABŞ-yə güzəştə gedə bilər
Avropa Qrenlandiya ilə bağlı mövqeyində ABŞ-yə müəyyən güzəştlərə gedə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg Davos İqtisadi Forumu iştirakçısına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avropa siyasi dairələrində müharibədən sonrakı dünya nizamının artıq özünü tükəndiyi qənaəti formalaşıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın ərazi ilə bağlı atdığı addımlar və sərt ritorikası qlobal siyasətdə ciddi dəyişikliklərə səbəb ola bilər.
Qeyd olunub ki, bu yanaşma fonunda Avropa İttifaqı Qrenlandiya məsələsində daha çevik və praqmatik mövqe tutmağa məcbur qala bilər. Lakin mümkün güzəştlərin konkret məzmunu ilə bağlı əlavə detallar açıqlanmayıb.
Məsələ World Economic Forum çərçivəsində aparılan qapalı müzakirələrdə gündəmə gətirilib.
10:20 21.01.2026
Oxunuş sayı: 988