Paytaxtı tərk edin - Kiyev meri
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərin humanitar fəlakət astanasında olduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, mövcud vəziyyət şəhər infrastrukturu və əhalinin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən Kliçko imkanı olan sakinləri Kiyevi müvəqqəti olaraq tərk etməyə çağırıb.
Mer qeyd edib ki, fövqəladə şəraitlə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərsə də, vəziyyətin daha da ağırlaşması istisna edilmir.
Rəsmi qurumlar tərəfindən humanitar vəziyyətlə bağlı əlavə məlumatların veriləcəyi bildirilib.
10:10 21.01.2026
Oxunuş sayı: 1063