Trampdan İDDİA: Azərbaycan–Ermənistan müharibəsinin dayandırılması Putini təsirləndirdi
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılması ilə bağlı atılan addımlardan təsirləndiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Trampın sözlərinə görə, Vaşinqtonun təşəbbüsləri və diplomatik səyləri regionda gərginliyin azalmasına töhfə verib və bu, Moskva tərəfindən də diqqətlə izlənilib. ABŞ prezidenti qeyd edib ki, münaqişənin dayandırılması Cənubi Qafqazda sabitliyin bərpası baxımından mühüm addım olub.
Açıqlamada Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəyi ilə bağlı əlavə detallar verilməyib. Rəsmi Moskva isə Trampın bu açıqlamasına hələlik münasibət bildirməyib.
10:05 21.01.2026
Oxunuş sayı: 1310