Trampın Davosa uçan təyyarəsi bu səbəbdən ABŞ-yə qayıdıb
ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərinə yola düşən təyyarəsi uçuş zamanı yaranan texniki nasazlıq səbəbindən ABŞ-yə geri dönüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə ekipaj marşrutu dəyişmək barədə qərar qəbul edib. Təyyarə təhlükəsiz şəkildə ABŞ ərazisinə eniş edib.
Hadisə ilə bağlı texniki nasazlığın detalları açıqlanmayıb. Rəsmi qurumlar tərəfindən məsələ araşdırılır. Trampın Davosda keçiriləcək tədbirlərdə iştirakı ilə bağlı planların isə daha sonra dəqiqləşdiriləcəyi bildirilib.
09:14 21.01.2026
Oxunuş sayı: 1482