Zelenski silahlı qüvvələri tənqid etdi: Nəticə yetərli deyil
Ukrayna Hava Qüvvələrinin “Şahəd” pilotsuz uçan aparatlarına qarşı fəaliyyəti hələ qənaətbəxş deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O vurğulayıb ki, briqadalar hazırda fəaliyyət göstərsə də, Hava Qüvvələrinin işi hələ qənaətbəxş deyil.
Zelenski əlavə edib ki, enerji obyektlərinə zərbələr də qeydə alınır və bu əməliyyatlara müxtəlif qüvvələr, o cümlədən mobil atəş qrupları və F-16-lar cəlb olunub.
Prezident həmçinin qeyd edib ki, Hava Qüvvələrinin fəaliyyəti fərqli şəkildə təşkil olunmalıdır.
Bu məsələni Müdafiə naziri ilə ayrıca müzakirə ediblər və nəticələr çıxarılacaq.
Ukrayna lideri qeyd edib ki, mövcud çatışmazlıqlar aradan qaldırılacaq və Hava Qüvvələrinin effektivliyi artırılacaq.
23:34 20.01.2026
Oxunuş sayı: 1310