Budanovdan etiraf: Sülh hələ uzaqdadır
Ukrayna müharibədə kardinal həll yoluna doğru irəliləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəhbəri Kirill Budanov bildirib.
O, qeyd edib ki, sabah müharibəyə son qoyulacağını deyə bilməz:" Kim bunu deyirsə, yalan danışır. Lakin bu istiqamətdə böyük səylər göstərilir. Biz hərəkət edirik və az da olsa ümid var. Amma müvəffəqiyyət əldə edib-etməyəcəyimiz yaxın perspektivdə Rusiyanın davranışından asılıdır."
Budanovun sözlərinə görə, Ukrayna prosesdə diqqətli optimizmi saxlayır və müharibənin nəticəsi yalnız Rusiya tərəfindən müəyyən olunacaq.
23:22 20.01.2026
Oxunuş sayı: 1151