Türkiyə bayrağına hücum: Ankara qəti cavab xəbərdarlığı etdi
Türkiyənin Rabitə naziri Bürhanəddin Duran Nusaybin–Qamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarlarının Türkiyə bayrağına hücumu ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, bu hadisə millətin dincliyini pozmağa və terrorla mübarizə çərçivəsində atılan addımları hədəf almağa yönəlmiş açıq və planlı təxribatdır.
Onun sözlərinə görə, Türkiyə Respublikasının təhlükəsizliyinə və müqəddəs dəyərlərinə qarşı yönələn hər bir hücum ən qətiyyətli cavabla qarşılanacaq.
Duran vurğulayıb ki, sözügedən hücum terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq qüvvələrin yenidən aktivləşdiyini göstərir. O əlavə edib ki, bu cür cəhdlər nə dövlətin əzmini zəiflədəcək, nə də millətin birliyinə və həmrəyliyinə zərər verəcək.
Nazir qeyd edib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən dərhal araşdırma başlanılıb və heç bir hücum və ya təxribat cəzasız qalmayacaq.
23:00 20.01.2026
Oxunuş sayı: 1402