Sosial mediada provokasiya edənlərə istintaq başladı
Türkiyə Ədliyyə Nazirliyi YPG və PKK terror təşkilatlarının propagandasını aparan, həmçinin təşkilatın provokasiyalarını sosial mediada paylaşan şəxslər və hesablar barədə istintaq başladıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi açıqlamada bildirilir ki, xüsusilə sosial media vasitəsilə aparılan dezinformasiya fəaliyyətləri və ictimaiyyəti nifrətə, düşmənçiliyə təşviq edən provokativ paylaşıqlarla bağlı prokurorluqlarımız tərəfindən dərhal istintaq başlanılıb.
Həmçinin, cinayət tərkibli məzmunlar üçün erişimin məhdudlaşdırılması və digər hüquqi-texniki tədbirlər qətiyyətlə tətbiq ediləcəyi vurğulanıb.
00:30 21.01.2026
Oxunuş sayı: 1153