ABŞ Qrenlandiyada nəzarəti itirmək istəmir: Trampın “Qızıl Qübbə qalxanı” planı gündəmə gəlir
Qrenlandiya üzərində nəzarət Vaşinqton üçün potensial münaqişələrin qarşısını almaq baxımından həyati əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Bessent əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp adanı “Qızıl Qübbə raket qalxanı üçün vacib” hesab edir.
22:10 20.01.2026
Oxunuş sayı: 1410