️ Suriya Müdafiə Nazirliyi: Bütün əməliyyat zonalarında atəşkəs elan edildi
Suriya Ordusu bütün əməliyyat bölgələrində atəşkəs elan edib. Qərara əsasən, atəşkəs 20 yanvar 2026-cı il, bazar ertəsi günü saat 20:00-dan etibarən qüvvəyə minəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu atəşkəs Suriya dövləti ilə SDQ arasında əldə olunmuş razılaşmalara sadiqlik çərçivəsində və başlanmış milli səylərin uğurla nəticələnməsini təmin etmək məqsədilə elan edilib.
Atəşkəsin dörd gün müddətində qüvvədə qalacağı bildirilib.
Bəyanatda vurğulanıb ki, Müdafiə Nazirliyi Suriya xalqının bütün təbəqələri ilə birlikdə onların sipəri olmağa davam edəcək, ölkənin ictimai quruluşunun təhlükəsizliyini, sabitliyini və milli birliyini qorumaq üçün bütün zəruri addımları atmaqdan çəkinməyəcək.
20:46 20.01.2026
Oxunuş sayı: 1094