“Azerbaijan” qalmaqalı: Sarqsyan federasiyadan istefa verdi
Ermənistanın Xizək və Snoubord Federasiyasının prezidenti Qaqik Sarqsyan sosial şəbəkədəki səhifəsində vəzifəsindən istefa verdiyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İstefa, Azərbaycan adının idman geyimindən yapışdırılması və bununla bağlı yaranan qalmaqalla əlaqələndirilir.
Qeyd olunur ki, 31 dekabrda Tour de Ski və Dünya Kuboku mərhələsində yarışan ermənistanlı xizəkçi Mikael Mikaelyan çıxış öncəsi geyimindəki “Azerbaijan” yazısını yapışdırmışdı.
Xatırladaq ki, Sarqsyan federasiyada 2005-ci ildən fəaliyyət göstərirdi.
21:00 20.01.2026
Oxunuş sayı: 935