Danimarka fondundan Tramp həyəcanı: 25 milyard dollar ABŞ aktivləri satılır!
Danimarkanın "AkademikerPension" pensiya fondu ABŞ prezidenti Donald Trampın siyasətindən yaranan artan kredit riskləri səbəbi ilə yanvarın sonuna qədər ABŞ Xəzinədarlığının bütün aktivlərini satmağı planlaşdırır.
Crossmedia.az Bloomberg-ə istinadən xəbər verir.
Fond 25 milyard dollarlıq portfelini daha təhlükəsiz investisiyalarla əvəz etmək niyyətindədir.
Bu xəbər ABŞ birjalarına da təsir edib:
• Dow Jones: -0,80%
• S&P500: -1,51%
• Nasdaq: -1,55%
Fondun addımı ABŞ aktivlərinə etimadsızlığın göstəricisi kimi qiymətləndirilir və bazarlarda narahatlıq yaratıb.
19:03 20.01.2026
Oxunuş sayı: 1355