Qəzzada təhlükəli virus yayıldı
Qəzza Şəfa Xəstəxanasının direktoru Dr. Məhəmməd Ebu Silmiyye bölgədə “təhlükəli” tənəffüs virusunun yayıldığını və səhiyyə sisteminin çöküş ərəfəsində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
O qeyd edib ki, virus uşaqlar, yaşlılar və xroniki xəstələr arasında ölümlərə səbəb olur, yüksək hərarət, baş ağrısı, qusma və şiddətli əzələ ağrıları ilə özünü göstərir. Ebu Silmiyye əlavə edib ki, evsizlər və çadırlarda yaşayanlar soyuq və nəm səbəbilə xüsusilə risk altındadır.
Qeyd edək ki, səhiyyə vəziyyəti kritikdi, belə ki, əməliyyat otaqlarında steril materiallar və antibiotiklər çatışmır, xərçəng və diyaliz dərmanları tamamilə tükənib. Laboratoriyaların 70%-i material çatışmazlığı səbəbilə işləyə bilmir.
Fatimə Məmmədova
23:05 19.01.2026
Oxunuş sayı: 1167