İsraildən Tehrana sərt mesaj: Hücum olarsa, cavab çox ağır olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu 19 yanvarda Knessetdə (İsrail Parlamenti) çıxışı zamanı İranda davam edən etirazlar və ölkədəki mövcud vəziyyətlə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Netanyahu İran xalqının apardığı mübarizəni qəhrəmanlıq nümunəsi kimi dəyərləndirərək bildirib ki, gələcəyin necə formalaşacağı hələ də qeyri-müəyyəndir. O bildirib ki, İran artıq etirazlardan əvvəlki vəziyyətə geri qayıtmayacaq.
Baş nazirin sözlərinə görə, baş verən hadisələr İran cəmiyyətində geri dönməz dəyişikliklər yaradıb və bu prosesin qarşısını almaq mümkün deyil.
Netanyahu çıxışında İran rəhbərliyinə də sərt xəbərdarlıq edib.
O qeyd edib ki, Tehran hakimiyyəti İsrailə qarşı hər hansı hücum cəhdinə yol verərsə, indiyədək görülməmiş güclə cavab veriləcək.
İsrail Baş nazirinin bu açıqlamaları Yaxın Şərqdə artan gərginlik fonunda diqqət çəkən siyasi mesaj kimi qiymətləndirilir.
22:55 19.01.2026
Oxunuş sayı: 1053