NATO dağıla bilər: Yeni hərbi blok yaradılır
Avropa İttifaqı Ukraynanı daxil edərək yeni hərbi alyansın yaradılmasını nəzərdən keçirir.
Lakin ABŞ bu strukturda iştirak etməsə, NATO-nun gələcəyi sual altında qala bilər.
Crossmedia.az Politico-ya istinadən xəbər verir.
Mənbələr bildirir ki, alyansın yaradılması Avropanın təhlükəsizlik strategiyasını gücləndirmək məqsədi daşıyır, lakin ABŞ-nin iştirakının olmaması transatlantik əlaqələr və NATO-nun vahidliyinə ciddi təsir göstərə bilər.
Ekspertlər vurğulayır ki, bu addım Avropa ölkələrinin müstəqil müdafiə siyasətini gücləndirməyə hesablanıb, amma eyni zamanda ABŞ ilə münasibətlərdə gərginlik riski də yaradır.
22:45 19.01.2026
Oxunuş sayı: 1244