Moldova MDB-dən çıxır
Moldova üzvlüyünü təsis edən əsas müqavilələrin ləğvindən sonra Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mihai Popsoi məlumat verib.
Popsoi ölkənin Birliyə üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin ləğv prosedurunun başladığını elan edib.
Nazir qeyd edib ki, bu qərar MDB-də iştirakın Moldovanın Avropa İttifaqına üzvlük namizədliyi ilə uyğun gəlməməsi ilə əlaqədardır.
22:08 19.01.2026
Oxunuş sayı: 1287