Türkiyənin siyasi kürd ailələri birləşdi: Bərzani və İzol nikahı
Bərzani ailəsinin qızı Nazdar Bərzani və Cihan İzolun oğlu Qəhrəman Zülfikar İzol ailə həyatı qurub. İzollar Türkiyə kürdlərinin ən köklü və böyük aşirətlərindən biridir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Şanlıurfa mərkəzli bu aşirət bəzən Türkiyə hökumətinə qarşı üsyanlar qaldırsa da, hazırda AKP ilə yaxın əlaqələrə malikdir. Qəhrəman İzol isə Türkiyə prezidentinin kürd əsilli müşaviri Mehmet Uçumun yaxın dostudur.
Cütlük minlərlə qonağın iştirak etdiyi möhtəşəm mərasimdə evləndi. Mərasimin ən diqqət çəkən anlarından biri gəlinin üzərinə yağan kiloqramlarla qızıl və səpələnmiş pullar oldu.
Bərzanilər ailəsi Türkiyə daxilində AKP üçün kürd icmaları arasında ən böyük lobbiçilik edən ailə kimi tanınır. Bu evlilik isə iki güclü siyasi və təsirli ailənin birləşməsini simvolizə edir.
21:30 19.01.2026
Oxunuş sayı: 1089