Danimarka hökuməti xəbərdarlıq etdi: AirPods təhlükə altındadır?
Danimarka Müdafiə Kəşfiyyat Xidməti iş yerlərində Bluetooth qulaqlıqları və AirPods istifadəsini dayandırmağı tövsiyə edib.
Crossmedia.az bu barədə “Ingenioren” qəzetinə istinadən xəbər verir.
Bu xəbərdarlıq bir neçə dövlət qurumuna dinləmə və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlara əsaslanır.
Məlumatda ABŞ və Qrenlandiya ilə bağlı son gərginliklərin bununla birbaşa əlaqəsi olub-olmadığı açıqlanmır.
20:45 19.01.2026
Oxunuş sayı: 1110