Suriyanın şimal-şərqində gərginlik: Kürd bölgələri üçün peşmərgə hazırlığı
İraq Kürdüstanının de-fakto lideri Məsud Bərzani, Suriyanın şimal-şərqində yerləşən Əl-Haseke vilayəti istiqamətinə üç peşmərgə birləşməsinin göndərilməsi barədə göstəriş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, Ərbildən yola çıxan hərbi birləşmələr müxtəlif növ silah və hərbi texnika ilə təchiz olunub.
Qərarın məqsədi təhlükəsizliyin, sabitliyin və mülki əhalinin müdafiəsinin təmin olunması çərçivəsində kürd bölgələrinin üzləşdiyi çağırışlara cavab verməkdir.
Hərbi ekspertlər bildirirlər ki, bu hərəkət regionda mövcud gərginliyi artırmaqla yanaşı, kürd icmalarının müdafiəsi və sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
20:03 19.01.2026
Oxunuş sayı: 1365