Yeni F-35-lər İsrailə çatdı: İran fonunda Yaxın Şərqdə gərginlik artır
Nevatim aviabazasına 3 yeni F-35i Adir qırıcı təyyarəsi eniş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.
Təyyarələr ABŞ müdafiə korporasiyası Lockheed Martin tərəfindən istehsal olunub və İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif eskadrilyaları tərəfindən qəbul edilib.
İsrail ordusu açıqlayıb ki, bu addım Yaxın Şərqdə sabitliyin qorunmasına sadiqlik və ABŞ ilə təhlükəsizlik tərəfdaşlığının gücləndirilməsi məqsədi daşıyır.
19:24 19.01.2026
Oxunuş sayı: 1300