İranın gizli faciəsi: minlərlə gənc öldürülüb
İrandakı həkimlər və ölkədən qaçan şahidlərə istinadən dəhşətli rəqəmlər açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.
Hesabatda bildirilir ki, nümayişlərin ilk iki günü ərzində uşaqlar və hamilə qadınlar da daxil olmaqla ən azı 16500–18000 etirazçı öldürülüb, 330000–360000 nəfər isə yaralanıb.
Qurbanların böyük əksəriyyətinin 30 yaşdan aşağı olduğu ehtimal edilir. Şahidlərin sözlərinə görə, yanvarın 9-da təhlükəsizlik qüvvələri etiraz edənlərin hamısına atəş açıb.
Bəzi hallarda tibb işçiləri qan köçürülməsinə hazır olsa da, təhlükəsizlik qüvvələri buna icazə verməyib.
Bəsic qüvvələrinin cəsədləri küçələrdən yığıb başqa şəhərlərə aparması və ya ailələrdən yüksək məbləğdə pul tələb etməsi də xəbərdə vurğulanır.
Dünyanın diqqəti İranın içindəki bu faciəyə yönəlməlidir.
19:04 19.01.2026
Oxunuş sayı: 1186