Almaniya XİN başçısı: SEPAH terror təşkilatı kimi tanınmalıdır
SEPAH terror təşkilatı kimi tanınmalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama edib.
Nazir bildirib ki, Almaniya və Avropa yalnız İranda etiraz edən insanlarla həmrəylik nümayiş etdirməklə kifayətlənməməlidir, real və təsirli addımlar atmaq lazımdır.
Vadefulun sözlərinə görə, SEPAH rejimi öz xalqına qarşı genişmiqyaslı repressiyalar həyata keçirir və beş mindən çox ölüm faktı qeydə alınıb.
Bu rəqəmlər Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanımasının zəruriliyini göstərir.
Nazir vurğulayıb ki, Avropa yalnız diplomatik bəyanatlarla kifayətlənməməli, SEPAH-a qarşı ciddi və konkret tədbirlər görməlidir.
18:58 19.01.2026
Oxunuş sayı: 1050