Xamenei Pezeşkianı müdafiə etdi: Nazirlərə impiçment dayandırıldı
Parlament hökumət nazirlərinin impiçmentini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib.
Bu qərar İranın ali rəhbəri Seyid Əli Xameneinin hökumətə kömək etmək əmrinə uyğun olaraq verilib.
Səlimi qeyd edib ki, məsələ gündəlikdən tamamilə çıxarılmayıb, lakin parlament impiçment təşəbbüslərinə xitam verib.
Qeyd olunur ki, bir neçə nazirin impiçmenti ilə bağlı təşəbbüslər irəli sürülmüşdü, lakin Xameneinin dəstəyi nəticəsində proses dayandırılıb.
İki gün əvvəl Xamenei Məsud Pezeşkiana dəstək bəyanatı verərək, ona qarşı təhdid və təzyiqlərə son qoyulmasını tələb etmişdi. Bu addım parlamentin qərarına birbaşa təsir göstərib.
18:52 19.01.2026
Oxunuş sayı: 1145