Suriya Ordusu xəbərdarlıq etdi: PKK əməliyyatları pozmağa çalışır
PKK və keçmiş rejimin qalıqları ilə əlaqəli bəzi terrorçu qruplar Suriya ərəb qüvvələrini hədəf alaraq müqavilənin icrasını pozmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Ordusunun Əməliyyatlar Komandanlığı bildirib.
Komandanlıq açıqlayıb ki, daxil edilmiş qüvvələrimizi hədəf alan iki əməliyyat nəticəsində üç əsgər şəhid olub, iki əsgər isə yaralanıb.
Suriya Ordusu mülki şəxsləri və təhlükəsiz bölgədə olan hər kəsi bu qruplardan uzaq durmağa çağırıb.
18:45 19.01.2026
Oxunuş sayı: 1049