İranda ədalət mesajı: Saxlanılanların işləri diqqətlə və ədalətlə həll olunacaq
İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları zamanı həbs edilən şəxslərin işlərinə ədalətlə baxılması çağırışı edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəqəmsal iqtisadiyyat sahəsində çalışan iş adamları ilə görüşdə Pezeşkian bildirib ki, terror hadisələrində iştirak etməyən şəxslərlə düzgün rəftar olunmalı və onların hüquqları qorunmalıdır.
Aksiyalara birbaşa qatılanların işi isə məhkəmə və təhlükəsizlik mexanizmləri çərçivəsində həll olunacaq.
Prezident vurğulayıb ki, sadəcə şəxsləri həbs etmək kifayət deyil və heç kimin hüquqları pozulmamalıdır. Bütün saxlanılan şəxslərin işinə diqqətlə və ədalətlə baxılmalıdır, – deyə Pezeşkian əlavə edib.
18:39 19.01.2026
Oxunuş sayı: 1447